http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Vətəndaşlar "E-Polis"ə hansı məsələlərlə bağlı müraciət edib?

10 İyul 2024 , 14:00
Vətəndaşlar "E-Polis"ə hansı məsələlərlə bağlı müraciət edib?

Məlum olduğu kimi, 2024-cü ildə Daxili İşlər Nazirliyinin “E-Polis” mobil tətbiqi yaradılaraq vətəndaşların istifadəsinə verilib. Tətbiqin əsas məqsədi polis-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılması, eləcə də vətəndaşyönümlü xidmətləri təkmilləşdirərək Nazirliyin göstərdiyi elektron xidmətləri daha da əlçatan etməkdir. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, hazırda vətəndaşlar polis idarəsinə getmədən “E-Polis” mobil tətbiqində və ya “e-xidmet.mia.gov.az” portalında Daxili İşlər Nazirliyinin səlahiyyətində olan bir çox xidmətlərdən onlayn qaydada yararlanırlar.

Bəs vətəndaşlar ən çox "E-Polis"ə hansı məsələ üçün müraciət edib? 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, 2024-cü ilin 6 ayında  "E-Polis" tətbiqi üzərindən qeydiyyatdan keçmiş ümumi istifadəçi sayı 149.322 nəfər təşkil edib. Qeyd edilən dövr ərzində vətəndaşlar tərəfindən "E-Polis" tətbiqinə 8.040.348 müraciət olunub.

İstifadəçilər tərəfindən ünvanlanmış - şəxsin özü haqqında ətraflı məlumat üzrə - 685.000, yeniliklər və xəbərlərlə bağlı – 521.000, etibarnamə üzrə - 371.000, sürücülük vəsiqəsi üzrə - 304.600, şəxsiyyət vəsiqəsi üzrə - 279.000, pasport məlumatları üzrə - 243.497, məhkumluğa dair arayış üzrə ümumi – 10.342, avtomobilin yüklü olub-olmamasına dair arayış üzrə ümumi – 1445, "Virtual-102” bölməsi üzrə - 1008, müvəqqəti yerləşmə bölməsi üzrə - 616, avtomobilin zədələnməsinə dair arayış üzrə ümumi – 82 sorğu cavablandırılıb. 

Qeyd edək ki, “E-Polis” tətbiqini “App Store” və ya “Google Play”dən yükləyə bilərsiniz. Mobil tətbiqə daxil olarkən 6 müxtəlif xana açılır. Buraya “İnformativ məlumatlar”, “Cərimələr”, “Sənədlərim”, “Etibarnamələr”, “Yeni müraciətlər” və “Digər” bölməsi daxildir.  Burada informativ məlumatlar əldə edə, sənədlərinizi nəzərdən keçirə və cərimələrinizi onlayn qaydada ödəyə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
“Bravo”ya silahlı hücumda təqsirləndirilən şəxslərə hökm oxunub

“Bravo”ya silahlı hücumda təqsirləndirilən şəxslərə hökm oxunub

Azərbaycanda yanvar-iyun aylarında 736 nəfər İİV-ə yoluxub

Azərbaycanda yanvar-iyun aylarında 736 nəfər İİV-ə yoluxub

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

XƏBƏR LENTİ
  • 21:18

    AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb
  • 21:04

    Pentaqon Rusiya ərazisinə hücuma icazə verə bilər
  • 21:00

    AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlandı
  • 20:49

    Çexiya Prezidenti: Ukraynanın qalan ərazilərini qoruyub saxlaması uğur olacaq
  • 20:34

    Pentaqon rəhbəri rusiyalı həmkarı ilə telefonla danışıb
  • 20:19

    Bild: Almaniya NATO qoşunlarını şərqə köçürmək üçün gizli plan hazırlayıb
  • 20:04

    İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub - YENİLƏNİB
    İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub - YENİLƏNİB
  • 19:54

    Finlandiya hökuməti gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı qərar verəcək
Menyu