http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ölkəyə qaçaqmalçılıq yolu ilə 36 kiloqram narkotik vasitə gətirən daha 4 kuryer saxlanılıb

10 İyul 2024 , 15:20
Ölkəyə qaçaqmalçılıq yolu ilə 36 kiloqram narkotik vasitə gətirən daha 4 kuryer saxlanılıb

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 4 nəfər saxlanılıb. Tədbirlərlə əvvəllər də narkoriklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Fuad Əzizov, Emin Mustafayev, Fuad Yusubov və Samir Abbasov tutulublar. 
Saxlanılanların üzərindən, ev və avtomobillərindən 36 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamtefamin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər, bank kartları aşkarlanıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, F.Əzizov, E.Mustafayev, F.Yusubov və S.Abbasov şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq ölkəyə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini təşkil ediblər. Onlar narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. Sonuncu əməliyyatlar zamanı saxlanılanlar paytaxt ərazisində narkotiklərin paylanılmasını təşkil edən əsas kuryerlər olublar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ASAN xidmət könüllüləri İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinə cəlb ediliblər

ASAN xidmət könüllüləri İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinə cəlb ediliblər

Azərbaycanda internet bahalaşacaq

Azərbaycanda internet bahalaşacaq

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

XƏBƏR LENTİ
  • 23:11

    ABŞ tərəfi İranın Trampa sui-qəsd planlaması iddiasını şərh edib
  • 23:04

    AL: "Zirə" mübarizəni dayandırdı
  • 22:57

    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
  • 22:43

    Pentaqon: İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza PUA ilə vurulub
  • 22:28

    Orban Aİ-ni Rusiya ilə diplomatik əlaqə kanallarını bərpa etməyə dəvət edib
  • 22:13

    Macarıstan 2025-ci ilin sonuna qədər Slovakiyanın hava məkanını qoruyacaq
  • 21:58

    İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - YENİLƏNİB
  • 21:46

    Kürün Yevlaxdan keçən hissəsində meyit tapılıb
Menyu