Füzuliyə köçürülən daha bir qrup şəxs üçün kiçik bizneslər yaradılıb
Nərmin Qocamanlı
Füzuli rayonuna köçürülən daha bir qrup şəxsə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim olunub.
"Operativ Media" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, avadanlıqlar çatdırılma xidməti, avtoçilingər və poliqrafiya xidmətləri zərflərini əhatə edib.
Beləliklə, “Böyük Qayıdış proqramı” çərçivəsində doğma yurdlarına köçürülən sakinlərin özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatları yaradılan şəxslərin sayı 110-a çatıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma