Siyəzəndə əməliyyat yolu ilə silah və 53 ədəd çətənə kolu aşkarlanıb
Nərmin Qocamanlı
Siyəzəndə əməliyyat yolu ilə silah və 53 ədəd çətənə kolu aşkarlanıb.
"Operativ Media" xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatına görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Şahin Ağayevdən kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 39 kiloqram olan 53 ədəd çətənə kolu, 1 kiloqram marixuana və 1 ədəd tüfəng aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma