Menyu

Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslər tutulublar

Nərmin Qocamanlı
Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslər tutulublar

Polis əməkdaşlarının Göyçay rayonunda həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əyyub Mahmudov, qardaşı Vüsal və qohumları Rəşad Həbibov saxlanılıblar. 

"Operativ Media" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onlardan 2 kiloqram marixuana, 2 kiloqram tiryək və 200 ədəd metadon həbi aşkarlanıb. 

Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkədə tanış olduqları,  şəxsiyyəti istintaqla araşdırılan “Əli” adlı İran vətəndaşından aldıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər