http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sumqayıtda zavod əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlanıb

11 İyul 2024 , 10:53
Sumqayıtda zavod əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlanıb

İyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, ilkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyyən edilib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Hazırda vəziyyətləri normaldır.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR
ASAN xidmət könüllüləri İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinə cəlb ediliblər

ASAN xidmət könüllüləri İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinə cəlb ediliblər

Azərbaycanda internet bahalaşacaq

Azərbaycanda internet bahalaşacaq

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:36

    "Zirə" Konfrans Liqasında Slovakiya komandası ilə qarşılaşacaq
  • Dünən
    23:28

    ABŞ Almaniyanın Ukraynaya yardımını davam etdirəcəyinə əmindir
  • Dünən
    23:11

    ABŞ tərəfi İranın Trampa sui-qəsd planlaması iddiasını şərh edib
  • Dünən
    23:04

    AL: "Zirə" mübarizəni dayandırdı
  • Dünən
    22:57

    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
  • Dünən
    22:43

    Pentaqon: İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza PUA ilə vurulub
  • Dünən
    22:28

    Orban Aİ-ni Rusiya ilə diplomatik əlaqə kanallarını bərpa etməyə dəvət edib
  • Dünən
    22:13

    Macarıstan 2025-ci ilin sonuna qədər Slovakiyanın hava məkanını qoruyacaq
Menyu