http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bu gündən məktəbəhazırlıq qruplarına qəbul başlayıb

11 İyul 2024 , 11:16
Bu gündən məktəbəhazırlıq qruplarına qəbul başlayıb

İyulun 11-də saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Operativ Media"ya verilən məlumata görə, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.

Məktəbəhazırlıq qruplarına qəbul zamanı da üstünlük hüququ tətbiq ediləcək.

Belə ki, Azərbaycan bölməsi üzrə 16 iyul-30 iyul tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 45, rus bölməsi üzrə isə 18 iyul- 1 avqust tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq ediləcək.

Həmin müəssisələrin siyahısı mektebeqebul.edu.az saytında yerləşdiriləcək.

OXŞAR XƏBƏRLƏR
DİN: Cinayətkarlığa qarşı mübarizədə vətəndaş fəallıq göstərir

DİN: Cinayətkarlığa qarşı mübarizədə vətəndaş fəallıq göstərir

Çimərliklərdə təhlükəli vəziyyətlə qarşılaşmamaq üçün nələrə diqqət edilməlidir?

Çimərliklərdə təhlükəli vəziyyətlə qarşılaşmamaq üçün nələrə diqqət edilməlidir?

Vəkillər Kollegiyasının rəhbərliyi İran səfirliyinin nümayəndə heyəti ilə görüşüb

Vəkillər Kollegiyasının rəhbərliyi İran səfirliyinin nümayəndə heyəti ilə görüşüb

XƏBƏR LENTİ
  • 22:57

    Ərdoğan Çinə səfər edə bilər
  • 22:43

    Ərdoğan Zəngəzur dəhlizinin açılması məsələsindən danışıb
  • 22:29

    Ərdoğan: Türkiyə Rusiya və Ukrayna ilə yeni taxıl dəhlizini müzakirə edir
  • 22:22

    Azərbaycan millisi Macarıstana məğlub oldu
  • 22:15

    Sahibə Qafarova Sankt-Peterburqda bir sıra görüşlər keçirib
  • 22:01

    ABŞ Gürcüstana yardımı dondurur
    ABŞ Gürcüstana yardımı dondurur
  • 21:47

    Sahibə Qafarova MDB PA Şurasının iclasında iştirak edib
  • 21:33

    Sullivan və hindistanlı həmkarı ikitərəfli münasibətləri müzakirə ediblər
Menyu