http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ali məktəblərdə rəqabət qanunvericiliyi ilə bağlı fənn tədris ediləcək

11 İyul 2024 , 11:26
Ali məktəblərdə rəqabət qanunvericiliyi ilə bağlı fənn tədris ediləcək

Azərbaycanın aparıcı ali təhsil müəssisələrində rəqabət qanunvericiliyi ilə bağlı fənnin tədrisi nəzərdə tutulub.

"Operativ Media" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Bakıda keçirilən I Milli Rəqabət Forumunda bildirib.

Onun sözlərinə görə, bu, rəqabətin inkişafı və inhisarçı fəaliyyətin qarşısının alınması üçün 2024-2026-cı illər üzrə Milli Fəaliyyət Planında öz əksini tapıb: "Bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və bir sıra başqa ali təhsil müəssisələri ilə aktiv dialoqdayıq".

M.Abbasbəylinin sözlərinə görə, əsas məsələlərdən biri ölkədə rəqabətlə bağlı meyarları müəyyənləşdirməkdir: "Milli Fəaliyyət Planının əsas istiqamətlərindən biri ölkədə rəqabət indeksinin müəyyən edilməsi və bunun üçün rəqabət xəritənin hazırlanmasıdır. Bu, çox böyük data və onun təhlilini tələb edir, bir günlük proses deyil. Sonda gözlədiyimiz nəticə açıq platforma üzərindən rəqabət xəritəsinin olması, hər bir bölgədə sahibkarlıq subyektləri, onların bazar payı, istehsal etdiyi məhsullar üzrə geniş data məhsulunun ictimaiyyətə təqdim olunmasıdır".

OXŞAR XƏBƏRLƏR
Şuşada II Qlobal Media Forum keçiriləcək

Şuşada II Qlobal Media Forum keçiriləcək

“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib

“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib

Təmirsiz mənzilə görə “komendant” pulu ödənməlidir?

Təmirsiz mənzilə görə “komendant” pulu ödənməlidir?

XƏBƏR LENTİ
  • 23:33

    Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb
  • 23:11

    Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub
  • 22:58

    Pentaqon: Qərbin Kiyevə yardımının dayandırılması Rusiyanın qələbəsinə gətirib çıxaracaq
  • 22:51

    "Şamaxı" yeni transfer etdiyi futbolçuyla yollarını ayırdı
  • 22:43

    Blinken gələn həftə Vanq Yi ilə görüşə hazırlaşır
  • 22:29

    Rusiya XİN: KTMT-nin BMT əməliyyatlarına qoşulması üçün yaxşı perspektivləri var
  • 22:14

    Ukrayna və Britaniya 2,5 milyard dollar dəyərində müdafiə sazişi imzalayıb
  • 21:58

    Türkiyə Qəzzadakı hərəkətlərinə görə İsraili cəzalandırmağa çalışacaq
Menyu