Menyu

Azad edilmiş ərazilərə icazəsiz keçmək istəyən şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Azad edilmiş ərazilərə icazəsiz keçmək istəyən şəxslər saxlanılıb
1 dəq oxu

Ağdam və Tərtər Rayon Polis şöbələrinin əməkdaşlarının keçirdiyi tədbirlərlə işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olmadan keçmək istəyən dörd nəfər saxlanılıb.

Bu barədə "Operativ Media"ya  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, onlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar.

Əlaqəli Xəbərlər