Menyu

Sumqayıtda istirahət mərkəzində 4300 manatlıq oğurluq olub

Nərmin Qocamanlı
Sumqayıtda istirahət mərkəzində 4300 manatlıq oğurluq olub
1 dəq oxu

Sumqayıt şəhəri ərazisində yerləşən istirahət mərkəzində bir nəfərin içərisində 4300 manatı olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətindən "Operativ Media" xəbər verir ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən E.Məmmədov, K.Hacıyev, S.Şahməmmədov və əvvəllər məhkum olunmuş Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb.  

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər