11 İyul 2024, 14:46
Nəsimi rayonunda narkotiklərin satışını təşkil edən daha bir motokuryer saxlanılıb
Nəsimi rayonunda narkotiklərin satışını təşkil edən daha bir motokuryer saxlanılıb şəkil
Nəsimi rayonunda narkotiklərin satışını təşkil edən daha bir motokuryer saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Fətəliyev saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, o, ifadəsində üzərindən aşkar edilən narkotikləri Nihad adlı tanışından aldığını bildirib. Tədbirlərin davamı olaraq həmin şəxs - 1995-ci il təvəllüdlü Nihad Eminli də saxlanılıb. Onun üzərindən və yaşadığı mənzildən 1 kiloqrama yaxın satış məqsədilə əldə etdiyi marixuana, çətənə kolları və 272 ədəd psixotrop tərkibli satışı qadağan olunan preqabalin həbi ələ keçirilib. 

N.Eminli psixotrop tərkibli həbləri sosial şəbəkələrdə əsasən gənclər arasında satmağı planlaşdırıb və özünü kuryer şirkətlərindən birinin əməkdaşı kimi təqdim edərək idarə etdiyi motosikletlə narkotiklərin daşınmasını təşkil edib. 

Faktla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.

Son xəbərlər
BƏƏ İsrailin İrana hücumunu pisləyib
Britaniyanın Baş naziri İran və İsraili dərhal gərginliyi azaltmağa çağırıb
"Səbail"in qapıçısı gələcək karyerası ilə bağlı qərar verməyib
ABŞ və İran arasında nüvə danışıqlarının altıncı raundu baş tutmayacaq
Gömrük borcu ilə bağlı yeni qayda tətbiq olunacaq
Şəkərli diabet riskini artıran qidalar hansılardır?
Daşınmaz əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşir
DİN: Qadın adları ilə profillər yaradıb vətəndaşların pullarını talayan şəxs saxlanılıb