http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ümumrespublika Təmizlik Marafonuna start verilib

11 İyul 2024 , 14:47
Ümumrespublika Təmizlik Marafonuna start verilib

“Təmiz ölkəm” devizi altında keçirilən Ümumrespublika Təmizlik Marafonu bu gün Xəzər dənizinin Sumqayıt sahilində, İsmayıllı rayonu Talıstan, Şəki rayonu Kiş, Qusar rayonu Qusar, Xızı rayonu Giləzi, Cəlilabad rayonu Göytəpə meşəbəyliklərində, Qubadlı rayonu Tinli kəndi, Tovuz rayonu Muncuxlu kəndi ərazisində, Lənkəran rayonu Xanbulan gölü ətrafında, Türyançay çayının Ağdaş rayonu ərazisindən keçən hissəsində və digər ərazilərdə keçirilib.

"Operativ Media" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının əməkdaşlarının, Sumqayıt Futbol Klubunun, 2 saylı Bərpa Tikinti İdarəsinin, Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin, yerli sakinlərin və ekokönüllülərin iştirakı ilə keçirilən aksiyalar zamanı 3 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

Təmizlik aksiyalarının keçirilməsində əsas məqsəd hər kəsi ətrafa tullantı atmamağa sövq etmək, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmaq, onları alışılmış vərdişlərdən uzaqlaşdırmaq və bu işlərə daha geniş kütləni cəlb etməklə təbiət ərazilərinin təmizliyinə nail olmaqdır.

Qeyd edək ki, Ümumrespublika Təmizlik Marafonu bu gündən etibarən hər həftənin 4 və 6-cı günləri bütün ölkə ərazisinin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edəcək.

OXŞAR XƏBƏRLƏR
ASAN xidmət könüllüləri İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinə cəlb ediliblər

ASAN xidmət könüllüləri İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinə cəlb ediliblər

Azərbaycanda internet bahalaşacaq

Azərbaycanda internet bahalaşacaq

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:36

    "Zirə" Konfrans Liqasında Slovakiya komandası ilə qarşılaşacaq
  • Dünən
    23:28

    ABŞ Almaniyanın Ukraynaya yardımını davam etdirəcəyinə əmindir
  • Dünən
    23:11

    ABŞ tərəfi İranın Trampa sui-qəsd planlaması iddiasını şərh edib
  • Dünən
    23:04

    AL: "Zirə" mübarizəni dayandırdı
  • Dünən
    22:57

    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
  • Dünən
    22:43

    Pentaqon: İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza PUA ilə vurulub
  • Dünən
    22:28

    Orban Aİ-ni Rusiya ilə diplomatik əlaqə kanallarını bərpa etməyə dəvət edib
  • Dünən
    22:13

    Macarıstan 2025-ci ilin sonuna qədər Slovakiyanın hava məkanını qoruyacaq
Menyu