http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

11 İyul 2024 , 15:43
“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 13-14 iyul tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. 

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Operativ Media"ya bildirilib ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada, ümumilikdə, 20-yə qədər regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. 

Müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, burada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır

Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır

Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib

Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib

XƏBƏR LENTİ
  • 18:58

    "Azerspace-1" peykinin kanal paketinə iki Özbəkistan kanalı əlavə edilib
  • 18:18

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
  • 18:17

    Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki missiyasının rəhbəri Troy Dulini qəbul edib
  • 17:59

    Fərqli əyləncə axtarırsınızsa, yaxta kirayələyə, paraşütlə uça bilərsiniz - QİYMƏTLƏR
  • 17:57

    Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır
  • 17:38

    Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib
  • 17:37

    AÇ-2024-ün ən yaxşı ilk 11-liyi açıqlandı
  • 17:36

    Mətbuat prospektində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Menyu