http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

DİN: Polis seçkilər ərəfəsində asayişin mühafizəsini təmin edəcək

11 İyul 2024 , 16:42
DİN: Polis seçkilər ərəfəsində asayişin mühafizəsini təmin edəcək

Asayişin mühafizəsi digər hüquq mühafizə orqanları ilə birgə cari ilin sentyabr ayının 1-nə nəzərdə tutulan Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində və dövründə etibarlı təmin ediləcəkdir. 

Bu barədə “Operativ Media”nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin qarşısının alınması, açılması, hüquq qaydasının qorunması, hər bir şəxsin hüquq və azadlığının müdafiəsi sahəsində qanunla müəyyən edilmiş vəzifələrin icrası davam etdirilir. Vətəndaşların seçkidə öz iradəsini azad və sərbəst ifadə etməsi üçün yüksək təhlükəsizlik şəraiti yaradılacaqdır.

E.Hacıyev vurğulayıb ki, seçki ilə əlaqədar heç bir xüsusi hazırlıq işi aparılmır, eyni zamanda, səlahiyyətdən kənar məsələlərə polisin müdaxiləsi birmənalı istisnadır: “Şəxsi heyət yalnız Seçki Məcəlləsindən irəli gələn aidiyyəti müddəaların tələblərinin həyata keçirilməsinə, vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə vaxtında təmin edilməsi və yaşayış yeri üzrə qeydiyyata alınması vəzifələrinin yerinə yetirilməsinə səfərbər olunmuşdur”.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub - YENİLƏNİB

İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub - YENİLƏNİB

COP29 komandası Budapeştdə ətraf mühit nazirlərinin görüşündə fəaliyyət planını müzakirə edib

COP29 komandası Budapeştdə ətraf mühit nazirlərinin görüşündə fəaliyyət planını müzakirə edib

Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 20:04

    İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub - YENİLƏNİB
    İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub - YENİLƏNİB
  • 19:54

    Finlandiya hökuməti gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı qərar verəcək
  • 19:39

    Moskva Seuldan KXDR sərhədləri yaxınlığında hərbi təlimləri dayandırmağı tələb edib
  • 19:25

    DİN: Cinayətkarlığa qarşı mübarizədə vətəndaş fəallıq göstərir
  • 19:11

    COP29 komandası Budapeştdə ətraf mühit nazirlərinin görüşündə fəaliyyət planını müzakirə edib
    COP29 komandası Budapeştdə ətraf mühit nazirlərinin görüşündə fəaliyyət planını müzakirə edib
  • 18:58

    Naxçıvanda Türkiyə ilə birgə radiomonitorinqlər aparılıb
  • 18:34

    Rusiya XİN: Ermənistan-ABŞ təlimləri təəssüf doğurur
  • 17:55

    “Bravo”ya silahlı hücumda təqsirləndirilən şəxslərə hökm oxunub
Menyu