http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Xarici mobil operatorlar Azərbaycanda fəaliyyət göstərə bilərmi? - AÇIQLAMA

11 İyul 2024 , 17:34
Xarici mobil operatorlar Azərbaycanda fəaliyyət göstərə bilərmi? - AÇIQLAMA

“Bu il mobil operatorlar istər internet paketləri, istərsə də, danışıq tariflərini fantastik səviyyədə bahalaşdırıb. Heç kimə sirr deyil ki, ölkədə mobil danışıq və internet qiymətləri digər ölkələrlə müqayisədə dəfələrlə bahadır və onsuz da baha olan qiymətlər bir də artırılır”.

Bunu “Operativ Media”ya şikayətçi İlkin Məmmədkərimov bildirib:

“Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi deyir ki, qiymətlər tələb-təklif və rəqabət nəticəsində formalaşır. Maraqlıdır, hansı rəqabətin? Bazarda faktiki olaraq iki mobil operator var.  Bütün dünyada fəaliyyət göstərən "Vodafone", "Orange", "T-Mobile", "MTS", "Beeline" və s. mobil operatorlar bazara buraxılmır. Nəinki xarici mobil operatorlar, heç regional mobil operator olan "Naxtel"in ümumrespublika operatoru kimi fəaliyyət göstərməyinə imkan verilmir. Nazirlik nə internet nədə mobil rabitə sahəsində istər yerli, istərsə də xarici şirkətlərin fəaliyyət göstərməsinə imkan vermir”- deyə İlkin Məmmədkərimov qeyd edib.

Məsələ ilə bağlı “Operativ Media”ya açıqlama verən İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda xarici mobil operatorların bazara buraxılması ilə bağlı müəyyən çətinliklər var. Bunun isə bir neçə səbəbi var:

“İnformasiya texnologiyaları və mobil operatorlar həm də təhlükəsizlik məsələsidir. Həmçinin bazarda artıq öz yerini tutan 3 böyük mobil operator var deyə onlara da sərf etmir ki, bazara başqa mobil operatorlar daxil olsun”.

Mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən isə "Operativ Media"ya bildirdilər ki, "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa (Maddə 1.0.1) əsasən, lisenziyanın və icazənin alınması üçün lisenziya və icazə verən orqana təşkilati hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkar ərizə ilə müraciət edə bilər.

"Sellülar (mobil) telekommunikasiya xidmətlərinin təşkili ilə bağlı xarici hüquqi şəxslərin filialları tərəfindən müraciət edilməyib. Eyni zamanda, Qanunda bununla bağlı məhdudiyyət yoxdur".

Bunu da oxu: Region ölkələrində internetin qiyməti neçəyədir?

OXŞAR XƏBƏRLƏR
Kürün Yevlaxdan keçən hissəsində meyit tapılıb

Kürün Yevlaxdan keçən hissəsində meyit tapılıb

Lənkərançayda batan şəxsin meyiti tapılıb

Lənkərançayda batan şəxsin meyiti tapılıb

AZAL Bakı ilə Düşənbə arasında reyslərə aviabiletlərin satışına başladı

AZAL Bakı ilə Düşənbə arasında reyslərə aviabiletlərin satışına başladı

XƏBƏR LENTİ
  • 23:36

    "Zirə" Konfrans Liqasında Slovakiya komandası ilə qarşılaşacaq
  • 23:28

    ABŞ Almaniyanın Ukraynaya yardımını davam etdirəcəyinə əmindir
  • 23:11

    ABŞ tərəfi İranın Trampa sui-qəsd planlaması iddiasını şərh edib
  • 23:04

    AL: "Zirə" mübarizəni dayandırdı
  • 22:57

    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
  • 22:43

    Pentaqon: İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza PUA ilə vurulub
  • 22:28

    Orban Aİ-ni Rusiya ilə diplomatik əlaqə kanallarını bərpa etməyə dəvət edib
  • 22:13

    Macarıstan 2025-ci ilin sonuna qədər Slovakiyanın hava məkanını qoruyacaq
Menyu