Xətai rayonunda qaz olmayacaq
Nərmin Qocamanlı
Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Operativ Media"ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonu, 8 Noyabr prospektində qaz xəttində aparılacaq təmir işləri məqsədi ilə iyulun 12-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Cavanşir, Kombinat, Ramiz Quliyev küçələrinin və 8 Noyabr prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net