Bu ilin ilk yarısında 84 mindən çox şəxs işlə təmin olunub
Nərmin Qocamanlı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-iyun aylarında 203,1 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, onlardan 84,4 min nəfərin münasib işlərlə təminatı həyata keçirilib. 1,9 min şəxs isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə təmin olunub.
Qeyd olunan dövrdə Agentlik tərəfindən 8,5 min nəfər işsiz və işaxtaran şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 108,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net