Menyu

KOBİA: Yanvar-iyun aylarında 32 sahibkar Almaniyada ixtisasartırma kursu keçib

Nərmin Qocamanlı
KOBİA: Yanvar-iyun aylarında 32 sahibkar Almaniyada ixtisasartırma kursu keçib

Bu ilin birinci yarısında 32 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

KOBİA-dan "Operativ Media"ya verilən məlumata görə,  bu ilin ilk yarısında KOBİA tərəfindən sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes sahəsində bilik və bacarıqlara yiyələnməsi, mövcud biliklərinin artırılması üçün 800-ə yaxın iştirakçı üçün 75 təlim keçirilib. Təlimlər biznesə başla, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, “yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib.

Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 48 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.

Satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 208 sahibkara və biznesə başlamaq istəyən şəxsə 2 293 saat məsləhət xidməti göstərilib.

KOBİA tərəfindən bu ilin birinci yarısında kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 152 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək göstərilib.

Ümumilikdə, bu ilin I yarısında Agentliyin KOB subyektlərinin biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 1 000-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

Teqlər:

"KOB\u0130A: Yanvar-iyun aylar\u0131nda 32 sahibkar Almaniyada ixtisasart\u0131rma kursu ke\u00e7ib"

Əlaqəli Xəbərlər