İlin birinci rübündə 91 faizə yaxın cinayətin üstü açılıb
Nərmin Qocamanlı
2023-cü ilin yanvar-iyun ayları ərzində həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 90,7 faizi, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 246, görülmüş operativ cavab tədbirləri ilə 2314 cinayət açılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən bildirilib.
Bundan başqa, 4407 hüquqazidd əməlin qarşısı alınıb, axtarışda olan təqsirləndirilən şəxslərin 79 faizi tutulub, 5053 ədəd müxtəlif növ atıcı silah yığılıb və tapılıb.
Teqlər:
"\u0130lin birinci r\u00fcb\u00fcnd\u0259 91 faiz\u0259 yax\u0131n cinay\u0259tin \u00fcst\u00fc a\u00e7\u0131l\u0131b"