Menyu

Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Nərmin Qocamanlı
Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
1 dəq oxu

Azərbaycanın rayonlarında iyulun 13-15-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Əlaqəli Xəbərlər