Menyu

FHN: Bakıda liftdə qalan 2 nəfər xəsarət alıb

Nərmin Qocamanlı
FHN: Bakıda liftdə qalan 2 nəfər xəsarət alıb

 

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində çoxmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ilkin ehtimala görə, elektrik təchizatının qəflətən kəsilməsi və invertor qurğusunda yaranmış nasazlıq səbəbindən liftin 1-ci mərtəbədə dayanmayıb buferə dəyməsi nəticəsində iki nəfər xəsarət alaraq liftdə qalıb.

Xilasedicilər müvafiq vasitələrlə liftin qapısını açaraq vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər