Menyu

Pirşağıda dənizdə iki nəfər batıb

Nərmin Qocamanlı
Pirşağıda dənizdə iki nəfər batıb
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə iki nəfərin çimərkən batması barədə məlumat daxil olub.

FHN-dən "Operativ Media"ya verilən xəbərə görə, əraziyə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.

Operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü Mirzəyev Nihad Yalçın oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib. 2010-cu il təvəllüdlü Seyidov Mirkamil Mirəli oğlunun isə meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əlaqəli Xəbərlər