Menyu

Həftəsonu 36 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Nərmin Qocamanlı
Həftəsonu 36 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
1 dəq oxu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 13-də və 14-də ümumi çəkisi 36 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqramdan artıq heroin, 31 kiloqrama yaxın marixuana, 1 kiloqramdan çox tiryək, 1,8 kiloqramdan çox metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu olub.
 
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər