Menyu

“Qarabağ Yem Fabriki”nə Ağdam Sənaye Parkının rezidenti statusu verilib

Nərmin Qocamanlı
“Qarabağ Yem Fabriki”nə Ağdam Sənaye Parkının rezidenti statusu verilib
1 dəq oxu

“Qarabağ Yem Fabriki” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya bildirilib ki, müəssisədə quşçuluq sahəsi üzrə yüksəkkeyfiyyətli yem istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 12,4 milyon manat olan müəssisədə 80 nəfər işlə təmin olunacaq.

İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı ixracı da nəzərdə tutulur.

Əlaqəli Xəbərlər