Menyu

Dövlət qurumlarının elektron poçt ünvanına 1 milyondan çox zərərli məktub göndərilib

Nərmin Qocamanlı
Dövlət qurumlarının elektron poçt ünvanına 1 milyondan çox zərərli məktub göndərilib

Bu ilin I yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 15 milyon 440 min 914 elektron məktubu emal edib, onlardan 14 milyon 238 min 730-nu istifadəçilərə çatdırıb, 1 milyon 202 min 184-nü isə zərərli tərkibli olduğu üçün blok edib.

"Operativ Media" quruma istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bloklanmış məktubların sayı 15 % azalıb.

Xatırladaq ki, 2023-cü ildə dövlət elektron poçt xidmətinə 27 milyon 756 min məktub daxil olub, onlardan 24 milyon 716 mini istifadəçilərə çatdırılıb, 2 milyon 773 mini zərərli tərkibli olduğu üçün blok edilib.

Teqlər:

"D\u00f6vl\u0259t qurumlar\u0131n\u0131n elektron po\u00e7t \u00fcnvan\u0131na 1 milyondan \u00e7ox z\u0259r\u0259rli m\u0259ktub g\u00f6nd\u0259rilib"

Əlaqəli Xəbərlər