Menyu

“Birləşdik – 2024” təlimində bir sıra tədbirlər keçirilib

Nərmin Qocamanlı
“Birləşdik – 2024” təlimində bir sıra tədbirlər keçirilib

“Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi çərçivəsində “Бағдар” taktiki səmti müəyyənetmə, atıcılıq və bir sıra idman növləri üzrə yarışlar, həmçinin hərbi qulluqçuların mədəni-asudə vaxtının səmərəli təşkili məqsədilə digər tədbirlər təşkil edilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, yarışlarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının hərbi qulluqçuları güclərini sınayıblar.

Yarışların nəticəsinə əsasən qaliblərə kuboklar, medallar, “Fəxri Fərman”lar və hədiyyələr təqdim edilib.

Sonda təlim iştirakçıları üçün konsert proqramı təşkil edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər