Menyu

BMCMİ paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib

Nərmin Qocamanlı
BMCMİ paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib. Tədbirlər zamanı əməliyyat yolu ilə saxlanılan 8 nəfərdən 5 avtomat, 2 tapança, 1 lüləsi-qundağı kəsilmiş “Toz-8” tüfəngi və 170 ədəd patron aşkarlanıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, idarə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər məhkum olunmuş Surac Əliyev, Mehman Ağasıyev, Laçın Mustafayev, Emil Əliyev və Məhərrəm Seyidov saxlanılıblar. Həmin şəxslərdən 35 kiloqram marixuana, heroin, eləcə də çəkisi 43 kiloqram olan 228 ədəd kultivasiya yolu ilə xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.
Faktlarla bağlı Baş İdarədə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Teqlər:

"BMCM\u0130 paytaxt v\u0259 b\u00f6lg\u0259l\u0259rd\u0259 silsil\u0259 \u0259m\u0259liyyatlar ke\u00e7irib"

Əlaqəli Xəbərlər