16 İyul 2024, 19:23
Zakir Həsənov Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib - VİDEO
Zakir Həsənov Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib - VİDEO şəkil
Zakir Həsənov Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib - VİDEO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti Qazaxıstana səfəri çərçivəsində hərbi gəmilərindən birini ziyarət edib.

"Operativ Media"nın məlumatına görə, gəmiyə ziyarət Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin iştirakçı dövlətlərinin Müdafiə nazirliklərinin rəhbərliyi ilə birgə baş tutub.

Gəmi gəzintisi zamanı raket-artilleriya gəmisinin və heyətin əsas fəaliyyət istiqamətləri ilə bağlı müdafiə nazirlərinə məruzə edilib. Qonaqlar hərbi dənizçilərin nümunəvi çıxışlarını izləyiblər.

Sonra nümayəndələr Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Dalğıc mərkəzinə gələrək burada yaradılan şəraitlə tanış olub, silahlanmada olan kiçik və iriçaplı silahlara və texniki avadanlıqlara baxış keçiriblər.

Daha sonra hərbi hissələrdən biri ziyarət edilib. Qonaqlara burada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib və hərbi hissənin ərazisindəki təlim trenajorları nümayiş etdirilib.

Son xəbərlər
Corco Kyellini ABŞ klubunda səhmdar olub
Bloomberg: Aİ-nin 2034-cü ilə qədər büdcə layihəsində Kiyev üçün 100 milyard avro nəzərdə tutulub
ABŞ Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya köçürə bilər
Qvatemalada güclü zəlzələ baş verib
Klublararası DÇ: İlk finalçı bəlli oldu
Azərbaycan OPEC-in Beynəlxalq Seminarında təmsil olunur
Ukrayna 20 ölkədə səfirlərini dəyişəcək
Paşinyan Qazaxıstana hərbi attaşe təyin edib