Menyu

Dövlət Neft Fondunun aktivləri 58 milyard dolları ötüb

Nərmin Qocamanlı
Dövlət Neft Fondunun aktivləri 58 milyard dolları ötüb

Cari il iyunun 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 58 000,6 milyon dollar təşkil edib.

"Operativ Media" xəbər verir ki, bu barədə ARDNF-nin 2024-cü ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair məlumatda qeyd olunub.

Fondun aktivləri bu ilin əvvəlinə (56 069,7 milyon dollar) nisbətən 3,4 faiz artıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə fondun aktivləri (54 915,1 milyon dollar) 5,6 faiz artıb.

Bundan başqa, cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 1,3 dəfə azalaraq 9 milyard 254,9 milyon manat, büdcə xərcləri isə 2,4 dəfə artaraq 6 milyard 414,4 milyon manat təşkil edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər