http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - VİDEO

17 İyul 2024 , 16:28
"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - VİDEO

Qazaxıstan Respublikasında keçirilən "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi başa çatıb.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan və Tacikistan respublikalarının hərbi rəhbərliyi Xəzər dənizinin akvatoriyasının Tokmak burnuna gələrək təlimin sonuncu taktiki epizodunu izləyib.

Təlim iştirakçıları Xəzər dənizinin sahilyanı sahəsinin akvatoriyasında qanunsuz silahlı dəstələrin məhv edilməsi üzrə fəaliyyətləri yerinə yetiriblər. "Birləşdik - 2024" təlimində qarşıya qoyulan tapşırıqlar müasir döyüş üsulları nəzərə alınmaqla bütün qoşun növləri üzrə təlimə cəlb edilən şəxsi heyət tərəfindən yüksək peşəkarlıq və dəqiqliklə icra edilib.

Ssenariyə uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu qəzaya uğramış döyüş helikopterin şəxsi heyətinin döyüş sahəsindən təxliyəsini həyata keçirib.

Təlimin taktiki epizodu başa çatdıqdan sonra beynəlxalq təlimə cəlb edilən döyüş texnikası və aviasiya vasitələrinin təntənəli keçidi olub.

Daha sonra "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin bağlanış mərasimi keçirilib. İştirakçı dövlətlərin hərbi rəhbərləri mərasimdə çıxış edərək ümumilikdə təlimin gedişatını, müasir döyüş texnikası və vasitələrindən təlim iştirakçılarının effektiv istifadə etmə bacarığını və hərbi qulluqçuların peşəkarlığını müsbət qiymətləndiriblər.

15 ölkənin hərbi ataşelik aparatının nümayəndələrinin də iştirak etdiyi təntənəli mərasimdə bir qrup hərbi qulluqçu medal və qiymətli hədiyyələrlə təltif edildikdən sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə ölkəmizi təmsil edən şəxsi heyətlə görüşüb, beynəlxalq təlimdə yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onları təbrik edib və gələcək xidmətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, "Birləşdik - 2024" beynəlxalq təlimində ölkəmizi Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri təmsil edib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb

Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb

Polkovnik Anar Eyvazov: “Antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir”

Polkovnik Anar Eyvazov: “Antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir”

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu