Menyu

MN: Snayperlərin peşəkarlığı artırılır

Nərmin Qocamanlı
MN: Snayperlərin peşəkarlığı artırılır

Quru Qoşunlarının 2024-cü il üzrə hazırlıq planına uyğun olaraq, komando hərbi hissələrinin snayper bölükləri və snayper ixtisaslı hərbi qulluqçuları ilə ixtisas toplanışı keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya bildirilib ki, toplanış çərçivəsində praktiki vərdişlərin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə hərbi qulluqçular snayper tüfənglərindən müxtəlif epizodlar üzrə praktiki atış çalışmaları yerinə yetiriblər.

Atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi, şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar yüksək peşəkarlıqla icra edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər