Menyu

Əlilliyi olan şəxslərə 58,4 min reabilitasiya vasitəsi verilib

Nərmin Qocamanlı
Əlilliyi olan şəxslərə 58,4 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-iyun aylarında əlilliyi olan şəxslərə 58,4 min reabilitasiya vasitəsi verilib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, onlardan 4,3 mini təkərli oturacaq (o cümlədən 140-ı mühərrikli təkərli oturacaq), 1,2 min aşağı və yuxarı ətraf, habelə 1,3 min eşitmə aparatı, 1,4 min qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 4,6 min cüt protez və ortopedik ayaqqabı, 49 korset və digər reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 6 ayı ərzində ümumilikdə 7,7 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər