Bu ilin I yarısında elmi dərəcə almaq istəyən 106 nəfərə imtina cavabı verilib
Nərmin Qocamanlı
2024-cü ilin I yarısında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Prezident yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
Məlumata görə, cari ilin birinci yarısında 106 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Həmçinin 184 nəfərə fəlsəfə doktoru, 38 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 98 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 8 nəfərə isə imtina cavabı gəlib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma