Menyu

Yeni tədris ilindən BDU qida məhsullarının ekspertizası və marketinqi üzrə mütəxəssis hazırlığına başlayacaq

Nərmin Qocamanlı
Yeni tədris ilindən BDU qida məhsullarının ekspertizası və marketinqi üzrə mütəxəssis hazırlığına başlayacaq

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasında 2024/2025-ci tədris ilindən etibarən ölkədə qida mühəndisliyi üzrə ixtisasli kadrların hazırlanması məqsədilə magistratura səviyyəsində “Qida məhsullarının ekspertizası və marketinqi” ixtisaslaşması açılacaq. İxtisaslaşmada “Qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi”, “Bioloji xammal və qida məhsullarının ekspertizası”, “Qida məhsullarının analizinin müasir problemləri” və digər fənlər tədris ediləcək.

BDU-dan "Operativ Media"ya bildirilib ki, tədris zamanı magistrantlar qida məhsullarının ekspertizasına dair ümumi biliklərə yiyələnəcək, müasir dövrdə qida məhsullarını analiz etmək üçün fiziki, fiziki-kimyəvi, mikrobioloji analiz metodları, kimyəvi və orqanoleptik tədqiqat üsullarından geniş istifadə edəcəklər. Həmçinin qida məhsullarının analizində geniş istifadə olunan metodlar, onların praktik imkanları, qida məhsullarının təhlükəsizliyi üzrə milli və beynəlxalq proqramlarla, ekoloji təhlükəsizliyin normativ-hüquqi bazası ilə tanışlıq həyata keçiriləcək. Məhsulların mikroblarla çirklənmə mənbələrinin araşdırılması, qida məhsullarının istehsalı zamanı diqqət edilməli olan sanitar-epidemioloji nəzarət də ixtisaslaşmanın proqramına daxildir.

Teqlər:

"Yeni t\u0259dris ilind\u0259n BDU qida m\u0259hsullar\u0131n\u0131n ekspertizas\u0131 v\u0259 marketinqi \u00fczr\u0259 m\u00fct\u0259x\u0259ssis haz\u0131rl\u0131\u011f\u0131na ba\u015flayacaq"

Əlaqəli Xəbərlər