ASAN xidmət könüllüləri İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinə cəlb ediliblər
Nərmin Qocamanlı
Gənclərin bilik və bacarıqlarının artırılması, əmək vərdişlərinin formalaşdırılması məqsədilə bir qrup ASAN xidmət könüllüləri İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinə cəlb edilib. Könüllülər iki ay müddətində Nazirliyin struktur bölmələrində müxtəlif tapşırıqlar icra edib, dövlət qulluğu prinsipləri ilə tanış olub, iş təcrübəsi qazanıblar.
İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, könüllü fəaliyyətini başa vurmuş ASAN xidmət könüllülərinə sertifikatlar təqdim edilib.
Bununla əlaqədar keçirilən tədbirdə ASAN könüllülük təcrübəsinin öyrənilməsi, gənclərin sosial məsuliyyət hissinin artırılması və onların potensialından səmərəli istifadənin önəmi vurğulanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net