Menyu

İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanılıblar

Nərmin Qocamanlı
İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanılıblar

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçiriblər. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, tədbirlərlə 61 yaşlı Cəfər Niftalıyev və oğlu Anar Niftalıyev saxlanılıb.

Onların yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya edilərək yetişdirilən 274 ədəd çətənə bitkisi aşkar olunub.

Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri bir müddət əvvəl qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qaydada qulluq göstərdiklərini bildiriblər. 

Keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bayram Hüseynov və oğu Salman saxlanılıb. Onların həyətyanı sahəsindən isə çəkisi 80 kiloqram olan 57 ədəd çətənə kolu və marixuana aşkarlanıb.  

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər