Menyu

Ondan kömək istəyən təqaüdçülərin kartlarını talayan Lənkəran sakini saxlanılıb

Nərmin Qocamanlı
Ondan kömək istəyən təqaüdçülərin kartlarını talayan Lənkəran sakini saxlanılıb

Lənkəran rayon sakini olan ahıl yaşlı bir nəfər təqaüd kartındakı pulun tanımadığı şəxs tərəfindən oğurlandığə barədə polisə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis  əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi Kənan Əlizadə tərəfindən oğurlandığı məlum olub. 

Araşdırmalarla K.Əlizadənin kömək üçün ona müraciət edən digər 3 təqaüdçünün kartından da oğurluq etdiyi müəyyən edilib. 

O, bankomatların yaxınlığında dayanaraq kömək istəyən təqaüdçülərin kartlarını alaraq əvəzində onlara müddəti bitmiş başqa bank kartları qaytarıb. 

K.Əlizadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər