Menyu

Abşeron rayonunda 100 min manatlıq elektrik avadanlıqları oğurlayan iki nəfər saxlanılıb

Nərmin Qocamanlı
Abşeron rayonunda 100 min manatlıq elektrik avadanlıqları oğurlayan iki nəfər saxlanılıb

Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi qeydə alınıb. Ərazidə yerləşən mağazalardan birinin sahibi ona məxsus anbardan 100 min manat dəyərində elektrik əşyalarının oğurlanması barədə polisə müraciət edib. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törədən Faiq Cəbiyev və  Namiq Xanməmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, qabaqcadan əlbir olan F.Cəbiyev və N.Xanməmmədov işlədikləri mağazanın deposundan elektrik açarları, mis şinləri və elektrik naqillərini hissə-hissə talayıb satıblar. 

Faktla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Teqlər:

"Ab\u015feron rayonunda 100 min manatl\u0131q elektrik avadanl\u0131qlar\u0131 o\u011furlayan iki n\u0259f\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər