Menyu

“Abşeron” ticarət mərkəzində sexdə yanğın olub

“Abşeron” ticarət mərkəzində sexdə yanğın olub
1 dəq oxu

Bakı şəhərinin Qaradağ rayonunda “Abşeron” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 130 m² olan taxta sexinin içərisində sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, 1 ədəd kondisioner və 30 m² sahədə taxta materialları yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlaqəli Xəbərlər