Menyu

Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

İyulun 22-si saat 9:00-a olan məlumata görə bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Böyük Qafqaz bölgəsinin bəzi yerlərində yağıntılar leysan xarakterli olub.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 39 mm, Şahdağda 18 mm, Qəbələdə 17 mm, Oğuzda 16 mm, Qrızda 12 mm, Xaltan, Şəki, Mingəçevir, Ceyrançöl, Zaqatala, İsmayıllı, Quba, Balakən, Culfa, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Şamaxı, Altıağac, Qusar, Şabran, Göyçay, Sabirabad, Neftçala, Astarada 8 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 7 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 22 dərəcəyədək isti olub.

Teqlər:

"\u015eim\u015f\u0259k \u00e7ax\u0131b leysan ya\u011f\u0131b - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər