Menyu

Fatmayıda 20 000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb

Nərmin Qocamanlı
Fatmayıda 20 000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb

Fatmayı bağlar sahəsində yerləşən evlərin birindən oğurluq olub. Polisə müraciət edən ev sahibi oradan 20 000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlandığını bildirib. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.İbrahimov, Q.Ələsgərov, C.Ələsgərov və Ə.Hüseynov müəyyən olunaraq saxlanılıblar.

Sumqayıt şəhərində isə bir mağazadan 3500 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub. 

Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.İsmayılov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər