Menyu

Azərbaycan-Bolqarıstan komissiyasının adı dəyişib

Nərmin Qocamanlı
Azərbaycan-Bolqarıstan komissiyasının adı dəyişib

Prezident İlham Əliyev 6 mart 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edib.

"Operativ Media" xəbər verir ki, yeni sərəncama əsasən, bundan sonra, Komissiya “İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası Komissiyası” adlanacaq.

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Bolqarıstana müvafiq bildiriş göndərilməsi tapşırılıb.

Teqlər:

"Az\u0259rbaycan-Bolqar\u0131stan komissiyas\u0131n\u0131n ad\u0131 d\u0259yi\u015fib"

Əlaqəli Xəbərlər