Sahibkarların maliyyə sektoru ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub
Nərmin Qocamanlı
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib.
AMB-dan "Operativ Media"ya bildirilib ki, iclasda şuranın üzvləri tərəfindən irəli sürülən təkliflər və ölkə sahibkarlarının qarşısında duran çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı sahibkarların maliyyə sektoru ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və maliyyə resurslarına çıxış potensialının artırılması məsələləri müzakirə olunub. Həmçinin regionlarda maliyyə inklüzivliyinin gücləndirilməsi və maliyyə məlumatlılığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslərin vacibliyi diqqətə çatdırılıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma