“Son zəng” günü sürücülük hüququ olmayan şəxslərlə bağlı tədbirlər görülüb
Nərmin Qocamanlı
Paytaxtda sürücülük hüququ olmayan yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
"Operativ Media" xəbər verir ki, Bakı şəhər DYPİ-dən verilən məlumata görə, paytaxtın Səbail rayonunda məktəblərdən birinin məzunlarının idarə etdiyi müxtəlif markalı 14 avtomobil müəyyən olunub müvəqqəti mühafizə olunan duracağa təmin olunub.
“Son zəng” günü gücləndirilmiş iş rejimdə xidmət aparan polis əməkdaşları tərəfindən sürücülük hüququ olmadan idarə olunan 80-dən artıq nəqliyyat vasitəsi saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri tətbiq edilib.
Həmin günü paytaxt ərazisində yeniyetmələrin iştirakı ilə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net