Menyu

Əlilliyi olan 53 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Nərmin Qocamanlı
Əlilliyi olan 53 min şəxsə reabilitasiya xidmətləri göstərilib
1 dəq oxu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 6 ayında əlilliyi olan 53 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

ƏƏSMN-dən "Operativ Media"ya verilən məlumata görə, onlardan 26,1 mini ambulator, 13,8 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında əlilliyi olan 7,7 min şəxsə 58,4 min reabilitasiya vasitəsi də verilib.

Əlaqəli Xəbərlər