Menyu

Bu ilin birinci yarımilində çıxarış verilən daşınmaz əmlakların 74 faizi bölgələrdə yerləşir

Nərmin Qocamanlı
Bu ilin birinci yarımilində çıxarış verilən daşınmaz əmlakların 74 faizi bölgələrdə yerləşir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak üzərində 177 min 664 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. 

Dövlət Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, bu göstəricinin 27 min 707-si (15,6 faiz) ilkin, 149 min 957-si (84,4 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Cari ilin ilk 6 ayında fərdi yaşayış və bağ evi üzərində - 27 min 695, mənzil üzərində - 39 min 388, torpaq sahəsi – 104 min 580, qeyri-yaşayış binası – 1586, qeyri-yaşayış sahəsi – 4017, əmlak kompleksi - 376, çoxmərtəbəli yaşayış binası üzərində isə 22 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 45 min 513-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin birinci yarımilliyi ərzində 132 min 115 texniki pasport tərtib edilib, 35 min 203 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər