Menyu

ADY dəmir yolu xətlərinə kənar əşyaların qoyulması ilə bağlı vətəndaşlara müraciət edib

Nərmin Qocamanlı
ADY dəmir yolu xətlərinə kənar əşyaların qoyulması ilə bağlı vətəndaşlara müraciət edib

 

Bu il ərzində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus qatarların keçdiyi dəmir yolu xətlərinə 22 dəfə kənar əşya qoyulub.

ADY-dən "Operativ Media"ya verilən məlumata görə, dəmir yolu relsləri üzərinə daş düzülməsi, dəmir, təkər və digər böyük əşyaların qoyulması buna misal ola bilər.

Belə hallar zamanı hərəkətin təhlükəsizliyinə ciddi təhlükə yaranır, qatarların hərəkət qrafiki pozulur, sərnişinlərin və yüklərin daşınmasında, mənzilbaşına vaxtında çatdırılmasında yubanmalar yaşanır. Bununla yanaşə qatar heyəti və sərnişinlərin həyatı risk altına düşür.

“Siz də dəmir yolu xətti üzərində kənar əşya görsəniz, yaxınlıqdakı stansiyaya və yaxud ADY-nin 1822 Əlaqə Mərkəzinə dərhal məlumat verin”, - məlumatda qeyd olunur.

Teqlər:

"ADY d\u0259mir yolu x\u0259tl\u0259rin\u0259 k\u0259nar \u0259\u015fyalar\u0131n qoyulmas\u0131 il\u0259 ba\u011fl\u0131 v\u0259t\u0259nda\u015flara m\u00fcraci\u0259t edib"

Əlaqəli Xəbərlər