İmişlidə qazın verilişində məhdudiyyət olacaq
Əsəd Abbaslı
Sabah İmişlinin 4 kəndində qazın verilişi dayandırılacaq.
"Operativ Media" xəbər verir ki, "Otuzikilər" ölçü qovşağından qidalanan qaz kəməri üzərində quraşdırılmış kollektordan təbii qazla təmin edilən, diametri PE-200 mm-lik "Qaraqaşlı" orta təzyiqli daxili qaz kəmərində və onun üzərindən ayrılan qollarında kipliyə sınağı aparılacaq.
Buna görə də sabah saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli rayonunun Xoşçobanlı, Mürsəlli, Murğuzallı, Qaraqaşlı kəndlərində (ümumi 905 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net