Menyu

Ötən gün axtarışda olan 93 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ötən gün axtarışda olan 93 nəfər saxlanılıb
1 dəq oxu

İyulun 23-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər