Menyu

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Nərmin Qocamanlı
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

"Operativ Media" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, komitənin Biləsuvar Gömrük İdarəsində İran istiqamətindən ölkəyə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti həyata keçirilib.

Xidməti itin reaksiyasına əsasən avtomobil gömrük və sərhəd xidmətinin əməkdaşları tərəfindən əsaslı yoxlanılıb və bu zaman qoşqunun ön hissəsindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə xalis çəkisi 30 kiloqram 30 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana və xalis çəkisi 7,9 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər